Xəbərlər
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub
15 oktyabr tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilatı dəstəyi ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yaradılmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Təhsil müəssisəsinin zəngin tarixini, çoxillik fəaliyyətini və təhsil sahəsindəki rolunu özündə əks etdirən yubiley tədbiri kollektivin, qonaqların və iştirakçıların iştirakı ilə yüksək əhval-ruhiyyədə baş tutub.
Tədbir ilk olaraq rəsmi hissə ilə başlayıb. Rəsmi hissədə kollecin 80 illik inkişaf yoluna nəzər salınıb, təhsil müəssisəsinin keçdiyi tarixi mərhələlər, formalaşmış təhsil ənənələri və yetişdirdiyi kadrların cəmiyyətin inkişafındakı əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, təhsil müəssisələrinin inkişafı, gənc nəslin bilikli, savadlı və peşəkar kadrlar kimi yetişdirilməsi ölkənin gələcəyinin təmin olunmasında mühüm rol oynayır.
Çıxışlarda kollecin fəaliyyətində əməyi olan müəllimlərin, əməkdaşların və bütün kollektiv üzvlərinin zəhməti yüksək qiymətləndirilib. Vurğulanıb ki, uzun illər ərzində təhsil və maarifçilik ənənələrinin qorunub saxlanılması, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların müasir dövrün tələblərinə uyğun hazırlanması təhsil müəssisəsinin əsas fəaliyyət istiqamətlərindən biridir.
Bildirilib ki, 80 illik yubiley yalnız bir təhsil müəssisəsinin yaşının qeyd olunması deyil, eyni zamanda, onun keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və bu uğurlarda payı olan insanların əməyinin dəyərləndirilməsidir. Bu əlamətdar gün kollecin keçmişinə ehtiramın, bu gününə verilən qiymətin və gələcək inkişafına olan inamın ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, hal hazirda kollecde 2 si yeni olmaqla 14 ixtisas həm 9 həm 11 ci təhsil bazasından mütəxəssis hazırlanır, 1 ixtisas isə gələn il üçün nəzərdə tutulub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə baş tutan tədbir təhsil işçilərinin həmrəyliyinin, əməkdaşlığın və təhsil dəyərlərinə bağlılığın bariz nümunəsi olub. Belə tədbirlər təhsil sahəsində çalışan insanların əməyinin ictimaiyyətə çatdırılması, kollektivlər arasında əlaqələrin möhkəmləndirilməsi və təhsil ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirin rəsmi hissəsindən sonra yubiley proqramı qonaqların iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib. Rəngarəng musiqi nömrələri və bədii çıxışlar tədbir iştirakçılarına xoş anlar yaşadıb. Bayram əhvali-ruhiyyəsi ilə yadda qalan konsert proqramı yubiley tədbirinə xüsusi rəng qatıb, iştirakçılar arasında səmimi və xoş ovqat yaradıb.
Yubiley mərasimi kollecin kollektivinin bir araya gəlməsi, əldə olunan uğurların qeyd edilməsi və gələcəyə yeni hədəflərlə baxılması baxımından əlamətdar hadisə olub. Tədbir iştirakçıları üçün həm rəsmi, həm də mədəni-bədii məzmunu ilə seçilən bu görüş təhsil müəssisəsinin 80 illik yubileyinə layiqli töhfə verib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 80 illik yubileyinin qeyd olunması münasibətilə kollektivə gələcək fəaliyyətində yeni nailiyyətlər, müəllim və əməkdaşlara möhkəm cansağlığı, uğurlar və təhsil sahəsində daha böyük müvəffəqiyyətlər arzulayırıq.
65 yaşını tamamlayan məktəb əməkdaşı təbrik olunub

65 yaşını tamamlayan məktəb əməkdaşı təbrik olunub
Göyçay rayonunun Alpout kəndində yerləşən Xosrov Cəfərov adına tam orta ümumtəhsil məktəbinin əməkdaşı Bəşirova Gülsurə Abdulmahmud qızının 65 illik yubileyi münasibətilə təbrik mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndəsi iştirak edib. Yubilyara xoş arzular çatdırılıb, uzunillik əmək fəaliyyətinə və zəhmətinə verilən dəyərin ifadəsi olaraq mükafat təqdim edilib.
Gülsurə xanımı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında xoş günlər arzulayırıq!
Göyçayın Bəydövül kəndində 65 illik təhsil ənənəsi

Göyçayın Bəydövül kəndində 65 illik təhsil ənənəsi
Göyçay rayonunun Əlvan Əsgərov adına Bəydövül kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Həmidova İradə Mikayıl qızının və Mikayılova Gülçiçək Ağamirzə qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndəsi iştirak edib, yubilyar müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
Bildirilib ki, müəllim əməyi cəmiyyətin inkişafında, gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsində mühüm əhəmiyyət daşıyır. Uzun illər təhsil sahəsində çalışan müəllimlərin zəhməti, pedaqoji təcrübəsi və şagirdlərin təlim-tərbiyəsinə verdikləri töhfələr hər zaman yüksək qiymətləndirilməlidir.
Tədbir zamanı yubilyar müəllimlərə göstərilən diqqət və ehtiramın ifadəsi olaraq mükafatlar, təşəkkürnamələr və gül dəstələri təqdim olunub.
Səmimi şəraitdə keçən tədbirdə müəllimlərin təhsil sahəsindəki fəaliyyətinin əhəmiyyəti vurğulanıb, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Qeyd edək ki, müəllimlərin əməyinin qiymətləndirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və təhsil işçilərinə diqqət göstərilməsi həmkarlar ittifaqının fəaliyyət istiqamətlərində mühüm yer tutur.
Göyçayda “Ümumdünya Layiqli Əmək Günü” ilə əlaqədar tədbir keçirilib

Göyçayda “Ümumdünya Layiqli Əmək Günü” ilə əlaqədar tədbir keçirilib
Göyçay rayonunda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
ETİHİ Göyçay rayon komitəsinin təşkilatçılığı ilə Göyçay rayon Peşə Liseyində keçirilən tədbirdə gənclərə layiqli əməyin əsas prinsipləri, əmək hüquqları, əməyin təhlükəsizliyi və gigiyenası, əmək münasibətlərində hüquq və vəzifələr, peşə fəaliyyətində məsuliyyət və sosial ədalət prinsipləri barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, layiqli əmək insanların əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, ədalətli əmək münasibətlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyəti və işçilərin hüquqlarının müdafiəsi xüsusi önəm kəsb edir.
Maarifləndirici görüş zamanı peşə təhsili alan gənclərin gələcək əmək fəaliyyətində öz hüquq və vəzifələrini bilmələrinin, təhlükəsiz əmək şəraitinə riayət etmələrinin və əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl etmələrinin vacibliyi diqqətə çatdırılıb.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Müəllimlər Günü münasibətilə təqaüddə olan müəllimlərlə görüşlər keçirilib

Müəllimlər Günü münasibətilə təqaüddə olan müəllimlərlə görüşlər keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ömrünü təhsilə həsr edən, uzun illər ərzində gənc nəslin təlim-tərbiyəsində böyük zəhmət və fədakarlıq göstərən müəllimlərə ehtiram ifadə olunur.
Bu əlamətdar gün münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göyçay rayon komitəsi olaraq biz də bayramımızı təqaüddə olan dəyərli müəllimlərimizlə birlikdə qeyd etdik.
Müəllimlər Günü münasibətilə ilk olaraq Göyçay şəhəri Məhəmməd Füzuli adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi olmuş, uzun illər pedaqoji fəaliyyət göstərmiş İbad müəllim ziyarət edildi.
Daha sonra Göyçay şəhəri Ə.Q.Qantəmir adına 9 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi olmuş Hicran müəllimlə görüş keçirildi.
Səmimi görüşlər zamanı müəllimlərin uzun illik pedaqoji fəaliyyəti, məktəb həyatında keçirdikləri yaddaqalan illər, həmkarları və yetişdirdikləri şagirdlər haqqında söhbətlər aparıldı. Kövrək anlar yaşandı, keçmiş xatırlandı, illər öncənin unudulmaz məktəb xatirələri yada salındı.
Müəllimlər öz fəaliyyətləri dövründə yaşadıqları maraqlı və yaddaqalan hadisələri bölüşərək, müəllimlik peşəsinin onların həyatında tutduğu xüsusi yerdən söz açdılar.
Görüşlərdə vurğulandı ki, illər ötsə də, müəllimin təhsilə verdiyi töhfə, yetişdirdiyi şagirdlər və cəmiyyətin inkişafına göstərdiyi xidmət heç vaxt unudulmur. Təqaüddə olan müəllimlərimizin zəngin təcrübəsi və keçdiyi şərəfli həyat yolu gənc nəslə örnəkdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göyçay rayon komitəsi olaraq bütün müəllimlərimizi, xüsusilə ömrünü təhsilə həsr etmiş təqaüddə olan pedaqoqlarımızı Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayırıq.
Müəllimə ehtiram – təhsilə, keçmişə və gələcəyə ehtiramdır!
Şıxbəy kənd məktəbinin direktoru təbrik edilib

Şıxbəy kənd məktəbinin direktoru təbrik edilib
Göyçay rayon Şıxbəy kənd Telman İsmayılov adına ümumi orta ümumtəhsil məktəbinin direktoru Gülbəniz Maxsudovanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Gülbəniz xanımın uzun illər ərzində təhsil sahəsində göstərdiyi fədakar və səmərəli fəaliyyət, rəhbərlik etdiyi təhsil müəssisəsinin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, yüksək təşkilatçılıq bacarığı, peşəkarlığı və kollektivlə düzgün iş prinsipi xüsusi qeyd olunmağa layiqdir. Onun təhsilin keyfiyyətinin yüksəldilməsinə, sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasına və müəllim-şagird münasibətlərinin düzgün qurulmasına verdiyi töhfələr təqdirəlayiqdir.
Bu əlamətdar gündə Gülbəniz xanıma möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və bütün fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, bundan sonra da zəngin təcrübəsi, yüksək peşəkarlığı və prinsipial mövqeyi ilə rəhbərlik etdiyi məktəbin inkişafına, müəllim və şagirdlərin uğurlarına öz dəyərli töhfələrini verəcəkdir.
Qoy yeni yaşınız Sizə bol sevinc, xoş günlər, yeni nailiyyətlər və həyatınızda unudulmaz gözəl anlar bəxş etsin!
Doğum gününüz mübarək olsun, Gülbəniz xanım!
ETİHİ Respublika Komitəsi tərəfindən Respublikanın bütün bölgələrində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib
ETİHİ Respublika Komitəsi tərəfindən Respublikanın bütün bölgələrində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında çalışan təhsil işçilərinin əməyinə diqqət və qayğını ifadə edən görüşlər keçirir.
Bu istiqamətdə növbəti görüşlər 2 oktyabr 2026-cı il tarixində Göyçay rayonunda keçirilib.
Göyçay rayonunun bir sıra təhsil müəssisələrində keçirilən görüşlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının əməkdaşı Yasin Vəliyev, Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova və Göyçay rayon təhsil sektorunun müdiri Dilara xanım iştirak ediblər.
Görüşlər zamanı təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən müəllim və tərbiyəçilərin əməyinə diqqət çəkilib, onların peşə fəaliyyətləri yüksək qiymətləndirilib.
Beynəlxalq Müəllimlər Günü münasibətilə Ləkçılpaq kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Südabə Qarakişi qızı, İslam İslamov adına Yalman kənd ümumi orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Tağıyeva Fatimə Rasim qızı, Telman İsmayılov adına Şıxbəy kənd ümumi orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Maqsudova Məlahət Vaqif qızı və Sakit Salahov adına Məlikkənd kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Qasımova Raya Qarakişi qızı ilə görüşlər keçirilib.
Həmçinin Ləkçılpaq kənd körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Əmrahova Bahar Sabir qızı və Cəyirli kənd uşaq bağçasının tərbiyəçi müəllimi Səfərəliyeva Şəhanə Niyazi qızı peşə bayramları münasibətilə təbrik ediliblər.
Görüşlər zamanı təhsil işçilərinə AHİK və ETİHİ rəhbərliyinin Beynəlxalq Müəllimlər Günü münasibətilə ünvanladığı təbriklər çatdırılıb. Səmimi fikir mübadiləsi zamanı təhsil işçilərinin gündəlik fəaliyyəti, əmək şəraiti və qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən görüşlər çərçivəsində təhsil işçilərinə qiymətli hədiyyələr təqdim olunub.
Görüşlərin sonunda təhsil müəssisələrinin kollektivləri ilə xatirə şəkilləri çəkilib.
Rahilə Paşazadə doğum günü münasibətilə təbrik edildi

Rahilə Paşazadə doğum günü münasibətilə təbrik edildi
ETİHİ Göyçay Rayon Komitəsi Göyçay rayonu Cəyirli kənd uşaq bağçasının müdirəsi Paşazadə Rahilə Məcnun qızını doğum günü münasibətilə təbrik edir.
Rayon Komitəsi adından Rahilə xanıma möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq. Təhsil və məktəbəqədər təlim-tərbiyə sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində bundan sonrakı fəaliyyətində də müvəffəqiyyətlər diləyirik.
Doğum gününüz mübarək!
Sosial şəbəkələrin sevimlisinə çevrilən əkiz bacılarla görüş

Sosial şəbəkələrin sevimlisinə çevrilən əkiz bacılarla görüş
Son günlər sosial şəbəkələrdə böyük marağa səbəb olan Göyçayın əkiz bacıları hər kəsin diqqətini özlərinə cəlb ediblər. Onları məşhurlaşdıran əsas məqam isə bibisi oğlunun xüsusi velosipedlə hər gün bacıları məktəbə aparması və dərsdən sonra evə gətirməsidir.
Bu səmimi və diqqətçəkən mənzərə sosial şəbəkələrdə geniş maraq doğuraraq balaca əkiz bacıları Göyçayın sevimlilərindən birinə çevirib.
Biz də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göyçay rayon komitəsi olaraq balaca bacılarla görüşmək, onların məktəb həyatı ilə yaxından tanış olmaq və xoş ünsiyyətdə olmaq üçün məktəblərinə yollandıq.
Görüş zamanı onların dərslərində iştirak etdik, təhsil prosesi ilə maraqlandıq, balacalarla səmimi söhbətləşdik. Eyni zamanda məktəbə gediş-gəlişləri, təhlükəsizlikləri və rahatlıqları barədə maraqlandıq.
Balacaların səmimiyyəti, mehribanlığı və bibisi oğlunun onlara göstərdiyi qayğı görüşümüzə xüsusi rəng qatdı. Bu gözəl ailə münasibəti və qayğı nümunəsi sosial şəbəkələrdə olduğu kimi, bizim üçün də xoş təəssürat yaratdı.
Göyçayın sosial şəbəkə sevimlilərinə çevrilən əkiz bacılarla görüşümüz xoş və yaddaqalan anlarla yadda qaldı.
Anım Günü ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanı ziyarət olunub

Anım Günü ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanı ziyarət olunub
27 sentyabr - Anım Günündə icra hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və rayon ictimaiyyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.
Rayon rəhbərliyi və tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin məzarı önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Canlarını Vətən torpağına fəda edən qəhrəmanlarımıza Allahdan rəhmət, ailələrinə güc və səbr diləyirik!
Göyçay Peşə Liseyində 27 sentyabr-Anım Günü ilə bağlı tədbir keçirildi

Göyçay Peşə Liseyində 27 sentyabr-Anım Günü ilə bağlı tədbir keçirildi
Göyçay Peşə Liseyində 27 sentyabr-Anım Günü ilə bağlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxışlarda 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyəti vurğulanaraq, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi qeyd edildi.
Çıxış edənlər şəhidlərimizin göstərdiyi misilsiz şücaətin gənc nəslə örnək olduğunu, onların əziz xatirəsinin daim uca tutulacağını bildirdilər. Həmçinin gənclərin Vətənə, dövlətə və milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmasının, şəhidlərimizin bizə əmanət etdiyi Vətənə layiqli vətəndaş kimi yetişmələrinin vacibliyi diqqətə çatdırıldı.
Tədbirdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunun heç vaxt unudulmayacağı, onların adlarının xalqımızın yaddaşında əbədi yaşayacağı xüsusi vurğulandı.
Sonda tələbələrin çıxışları dinlənildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Göyçaya dünya çempionu gəlir!

Göyçaya dünya çempionu gəlir!
Göyçay rayonunun idman həyatında növbəti böyük uğur yaşanıb. Rayonun 2 nömrəli tam orta məktəbinin 10 “A” sinif şagirdi, 15 yaşlı Məmmədov Cəmil Səxavət oğlu İtaliyanın Venesiya şəhərində keçirilən Kikboksinq üzrə Dünya Çempionatında yüksək nəticə göstərərək dünya çempionu tituluna layiq görülüb.
Bu möhtəşəm qələbə yalnız Cəmilin deyil, onun ailəsinin, müəllimlərinin, məktəbinin və doğma Göyçayın böyük sevincinə çevrilib. Gənc idmançının beynəlxalq arenada Azərbaycan bayrağını yüksəltməsi və ölkəmizi layiqincə təmsil etməsi xüsusi qürur doğurur.
Bu uğurun əldə olunmasında Cəmilin müəllimi Rüstəm müəllimin də böyük əməyi və zəhməti xüsusi qeyd olunmalıdır. Şagirdinin istedadını üzə çıxaran, onun inkişafına dəstək olan, məşqlər zamanı əzmkarlığını və iradəsini möhkəmləndirən müəllimin zəhməti belə möhtəşəm nəticənin arxasında dayanan əsas amillərdəndir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq Rüstəm müəllimə göstərdiyi fədakarlıq, pedaqoji məsuliyyət və gənc nəslin uğurlarına verdiyi töhfəyə görə xüsusi təşəkkürümüzü bildiririk. Müəllimin əməyi ilə şagirdin istedadı və zəhməti birləşdikdə belə böyük nailiyyətlərin əldə olunması qürurvericidir.
Cəmili bu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar, sağlamlıq və idman karyerasında parlaq nailiyyətlər arzulayırıq. İnanırıq ki, Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandıran belə gənclər ölkəmizin gələcək uğurlarının da möhkəm təməlidir.
Göyçay səninlə fəxr edir, Cəmil!
Rüstəm müəllim, bu qələbədə sizin də imzanız var – təşəkkür edirik!


