Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi,Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının tərkib hissəsi olaraq, rayon ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrdə çalışan işçilərin sosial-iqdisadi, hüquqi və mədənin maraqlarının müdafiəsini özünün ali məqsədi hesab edir.Komitəmiz fəaliyyətini Azərbaycan Respublikasının Konstitutsiyasına,Əmək Məcəlləsinə,Həmkarlar İttifaqı haqqında Qanuna,həmçinin beynəlxalq əmək təşkilatlarının qəbul etdiyi prinsiplərə uyğun olaraq həyata keçirir.
Rayon Komitəsi öz üzvülərinin sosial müdafiəsini,əmək hüquqlarının təmin edilməsini,işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasını əsas vəzifələrdən biri kimi müəyyən etmişdir.Biz həmkarlar olaraq,işçilərlə işə götürənlər arasında sağlam münasibətlərin qurulmasına,əmək qanunvericiliyinə riayət edilməsinə,sosial ədalət prinsiplərinin qorunmasına daim nəzarət edirik.
Komitə həmçinin təhsil və elm sahələrində çalışan əməkdaşların peşəkar inkişafına dəstək göstərir,onların bilik və bacarıqlarının artırılması məqsədi ilə müxtəlif layihələr həyata keçirir.biz inanırıq ki,maarifli və sosial cəhətdən təminatlı işçi cəmiyyətin inkişafının əsas dayağıdır.
“Birliyiniz –gücümüzdür!”
İttifaqın struktur genişliyi və üzv sayı
Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 95 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 3528 ittifaq üzvünü özündə birləşdirir.
Göyçay Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


